Zəmanət


ZƏMANƏT SİYASƏTİ

Automenu MMC-nin CWORKS məhsulları ilə bağlı zəmanət siyasəti bunları əhatə edir: yağ, hava, yanacaq, kabin filtrləri; əyləc diskləri və yastıqları; asma hissələri; alışdırma və qığılçımlamdırma şamları.

Automenu MMC şirkəti CWORKS ticarət nişanının (bundan sonra "Şirkət" adlandırılacaq) məhsullarının (avtomobil ehtiyat hissələri və yağlarının) müstəsna idxalçısıdır.

ZƏMANƏTİN UZADILMASI

Zəmanət son istifadəçi tərəfindən alınmış (servis mərkəzində məcburi quraşdırma şərti olaraq) CWORKS markalı bütün növ filtrləri, əyləc yastiqciqlarını və disklərini, asma hissələrini, alışdırma və qığılçımlandırma şamlarını (bundan sonra “Məhsul” adlandırılacaq) əhatə edir * )

*TXM - Avtomobillərin texniki xidmət mərkəzi.

ZƏMANƏT MÜDDƏTİ

Məhsulun zəmanət müddəti onun quraşdırıldığı tarixdən 1 (bir) il və ya avtomobil istehsalçısı tərəfindən müəyyən edilmiş texniki xidmət cədvəlinə uyğun olaraq məhsulun planlı dəyişdirilməsi arasında olan müddət / istismarı (probeq, yəni, xidmət daxilində hansı birinci gəlirsə), yəni CWORKS məhsullarının istehsalçısı tərəfindən müəyyən edilmiş məhsulun istismar müddəti.

*TXM - Avtomobillərin texniki xidmət mərkəzi.

Məhsulun quraşdırılması avtomobilin alıçı tərəfindən qəbulu və sahibinə təhvil-təslim aktının tarixi ilə müəyyən edilir və Məhsulun dəyişdirilməsi üzrə işləri aparan xidmət mərkəzinin aktı ilə təsdiqlənir.

ZƏMANƏT ŞƏRTLƏRİ

Zəmanət müddəti ərzində zəmanət xidməti Məhsulun sahibinə, yəni, Məhsulu istismar edən hüquqi və ya fiziki şəxsə göstərilir.

Quraşdırma zamanı Məhsullarda istehsal qüsurları və ya materiallarda qüsurlar (istehsalçı qüsurları) olduğu aşkar edilərsə, habelə Mahsullar istehsal qüsuruna görə sıradan çıxdıqda, zəmanət müddəti ərzində məhsul sahibi yeni məhsul ilə təmin olunacaq.

Məhsulun istehsal qüsuru texniki xidmət mərkəzinin texniki rəyi və ya ekspert təşkilatının (ekspert) rəyi ilə təsdiq edilməlidir.

Normal istifadə zamanı Məhsulların (əyləc kolodkaları və əyləc diskləri) aşınması və köhnəlməsi təbii haldır və zəmanət xidmətinə daxil deyil, çünki bu, istismar şəraitindən, sürücülük tərzindən və Şirkətin nəzarətindən kənar olan digər amillərdən asılıdır. Əyləc yastığı və/yaxud əyləc diskinin icazə verilən həddən artıq aşınması nəticəsində əyləc sisteminin komponentlərinin zədələnməsi bu zəmanətə daxil edilmir.

AŞAĞIDAKİ HALLARDA MƏHSULLARA ZƏMANƏT VERİLMİR:

Məhsulların düzgün istismar edilməməsi, səhf quraşdırılması və/və ya təmiri, konstruksiya dəyişiklikləri və/və ya modifikasiyası nəticəsində yaranan nasazlıqlar.

Mexaniki, kimyəvi və digər zədələnmələr olduqda.

İstehsalçı tərəfindən müəyyən edilmiş nəqliyyat vasitəsinə, sistemə və ya avadanlığa texniki qulluq qaydalarına uyğun olaraq Məhsulların, o cümlədən texniki mayelərin və yağların planlı dəyişdirilməsi arasında intervalların pozulması səbəbindən Məhsullar sıradan çıxdıqda.

Nəqliyyat vasitəsinin digər komponentlərinin və/və ya sistemlərinin və/və ya avadanlığının nasazlığı (nöqsanları) nəticəsində birbaşa və ya dolayısı ilə tam və ya qismən məhsullarda yaranmış qüsurlar olduqda.

Nəqliyyat vasitəsində avtomobil istehsalçısının tələblərinə cavab verməyən sinif, növ və keyfiyyətdə texniki mayelər və/və ya yağlar istifadə edildikdə.

Avtomobil yarışlarında (yarışlarda) iştirak etmək üçün avtomobildən istifadə edərkən və ya qeyri-standart xüsusiyyətlərə (parametrlərə) malik avtomobildən istifadə edərkən.

Avtomobil istehsalçısı tərəfindən müəyyən edilmiş avtomobilin istismarı və saxlanması üçün təlimatın tələblərinin pozulması.

Həddindən artıq qızma əlamətləri varsa (disk metalının rənginin dəyişməsi, diskin səthində çatlar, əyləc yastığının termik zədələnməsi) olduqda*.

* Əyləc yastıqları və diskləri.

BİZİM TƏRƏFDAŞIMIZ OLUN

Nazaj na vrh