Zəmanət


ZƏMANƏT SİYASƏTİ

"Avtomenyu" MMC-nin CWORKS malları ilə münasibətdə zəmanət siyasəti: yağ, hava, yanacaq, salon filtrləri; əyləc qəlibləri və diskləri; asqı detalları; alışma şamları; yanma şamları.

"Avtomenyu" MMC şirkəti - CWORKS (bundan sonra - "Şirkət") ticarət markasının mallarının (avtomobil ehtiyat hissələri və yağlarının) eksklüziv idxalçısıdır.

ZƏMANƏTİN ŞAMİL EDİLMƏSİ

Zəmanət sonuncu istifadəçi tərəfindən satın alınmış (mütləq TXS*-da quraşdırılması şərti ilə) CWORKS ticarət markasının bütün növ filtlərinə, əyləc qəlibləri və disklərinə, asqı detallarına, alışma şamlarına, yanma şamlarına (bundan sonra "mal") şamil edilir.
*TXS - avtomobillərin texniki xidmət stansiyası.

ZƏMANƏTİN MÜDDƏTİ

Mal üzrə zəmanətin müddəti, hansının daha tez çatmasından asılı olaraq, eləcə də onların İstehsalçısı tərəfindən müəyyən edilmiş CWORKS mallarının xidmət müddəti çərçivəsində, onun quraşdırıldığı andan etibarən 1 (bir) ilə bərabərdir və ya avtomobilin istehsalçı zavodu tərəfindən müəyyən edilmiş texniki xidmətin reqlamentinə əsasən Malın planlı dəyişdirilmələri arasındakı müddətə/qaçışa bərabərdir.

*TXS - Avtomobillərin texniki xidmət stansiyası.

Malın quraşdırılma anı avtomobilin sahibinə təhvil-təslim aktının tarixi ilə müəyyən edilir və Malın dəyişdirilmə işlərini aparan TXS-in sifariş-tapşırığı ilə təsdiq edilir.

ZƏMANƏTİN ŞƏRTLƏRİ

Zəmanətin müddəti ərzində zəmanət xidməti Malın sahibinə - malı istismar edən hüquqi və ya fiziki şəxsə təqdim edilir.
Əgər quraşdırma zamanı müəyyən edilərsə ki, Malın hazırlanmasının istehsalat qüsurları və ya materialların qüsurları (istehsalat qüsuru) vardır, eləcə də əgər Mal istehsalat qüsuru səbəbindən sıradan çıxarsa, o zaman zəmanət müddəti ərzində sahibi üçün qüsurlu Malın yenisi ilə əvəz edilməsi həyata keçiriləcədkir.

Malın istehsalat qüsuru TXS-in texniki rəyi və ya ekspert təşkilatının (ekspertin) rəyi ilə təsdiq edilməlidir.

Normal istismar zamanı Malın (əyləc qəlibləri və əyləc disklərinin) aşınması təbiidir və zəmanətin qüvvəsinə daxil deyildir, çünki bu istismar şəraitindən, idarə etmə tərzindən və Şirkətin nəzarətindən kənarda olan digər amillərdən asılıdır. Əyləc qəlibləri və/və ya əyləc disklərinin yolverilən həddən artıq olan aşınması nəticəsində əyləc sisteminin elementlərinin zədələnməsi qarşıdakı zəmanət ilə ödənilmir.

MAL ÜZRƏ ZƏMANƏT AŞAĞIDAKI HALLARDA TƏQDİM EDİLMİR:

Qeyri-düzgün istismarı, quraşdırılması və/və ya təmiri, konstruksiyasının və/və ya modifikasiyasının dəyişdirilməsi nəticəsində Malın nasazlıqları.

Mexaniki, kimyəvi və digər zədələnmələr olduğu təqdirdə.

Avtomobilin texniki xidmət reqlamentinə əsasən Malın, eləcə də texniki mayelərin və yağların, istehsalçı zavod tərəfindən quraşdırılmış sistem və ya avadanlığın planlı dəyişdirilmələri arasındakı intervalların pozulması səbəbindən Mal sıradan çıxdığı təqdirdə.

Bütövlüklə və ya qismən, birbaşa və ya dolayı olaraq avtomobilin digər qovşaqları və/və ya sistemlərinin və/və ya avadanlığının nasazlığı (qüsurları) səbəbindən yaranmış Malın qüsurları olduğu təqdirdə.
Avtomobildə, avtomobilin istehsalçı zavodunun tələblərinə uyğun olmayan sinfə, növə aid olan və keyfiyyətdə olan texniki mayelərdən və/və ya yağlardan istifadə edildiyi təqdirdə.

Avtomobildən avtomobil yarışlarında (yarışlarda) iştirak etmək üçün istifadə edildiyi və ya avtomobildən qeyri-standart səciyyələndiricilər (sazlamalar) ilə istifadə edildiyi təqdirdə.

Avtomobilin istehsalçı zavodu tərəfindən müəyyən edilmiş avtomobilin istismar və xidmət üzrə rəhbərliyinin tələblərinin pozulması.
Həddindən artıq qızmanın izləri (diskin metalının rənginin dəyişməsi, diskin səthinin çatları, qəlibin friksionunun termal zədələnmələri) olduğu təqdirdə*.

* Əyləc qəlib və diskləri ilə münasibətdə.

BİZİM TƏRƏFDAŞIMIZ OLUN

Nazaj na vrh