CWORKS Oil brendinin Azərbaycan bazarına çıxması haqqında məlumat.

Hörmətli Müştərilər,

Bizim üçün dəyərli müştəri olaraq, bizimlə işbirliyinə və töhfənizə görə hər birinizə hərdaim minnətdarıq.

Böyük sevinc və iftixarla sizə CWORKS Oil brendinin Azərbaycan bazarına çıxması haqqında məlumat vermək istəyirik.

CWORKS brendi Toyota Tsusho Korporaiyası (Yaponiya) tərəfindən yaradılmış orijinal brenddir. Brendin laboratoriyaları dünya miqyasında qəbul edilmiş keyfiyyət sertifikatları ilə təmin edilib. Beləlikə, brendimiz istənilən markalı avtomobilin sahibinə keyfiyyəti Toyota Tsusho Korporasiyası tərəfindən sertifikatlaşdırılmış orijinal ehtiyat hissələri və digər premium satış sonrası məhsullarla təmin etmək ideyasını ehtiva edir.

Toyota Tsusho Korporasiyası sözü gedən qlobal sənayenin ən böyük şirkətlərindən biridir. Korporasiya avtomobil yığma zavodlarının avtomobil və digər ehtiyat hissələri ilə təchizatı sahəsində uzun illər ərzində görülən iş sayəsində yüksək keyfiyyətli məhsul təqdim etmək üçün bütün lazımi resurslara və unikal imkanlara malikdir.


CWORKS-un üç əsas məhsul istiqaməti: 

SÜRTKÜ YAĞLARI

Mühərrik və ötürücü qutusu yağlarımız yüksək texnologiyalı zavodlarımızda istehsal olunur

Multi-brand (60 brend) təmir EHTİYAT HİSSƏLƏRİ

CWORKS ehtiyat hissətləri ORİJİNAL (OEM) göstəricisinə bərabərdir

PPS (Boya Qoruyucu Spreylər)

Avtomobil boya örtüyünü və karbon lifini qorumaq üçün şəffaf, davamlı və təhlükəsiz bir üsul kimi hazırlanmış unikal Boya Qoruyucu Spreylərdir.


Biz bilavasitə sıravi (B2C) və korporativ (B2B) müştərilərlə çalışırıq


Məhsullarımızı haradan almaq olar? CWORKS.AZ saytından (hər şey bir universal ünvanda)

TEZ, 27/7 istənilən zaman , istənilən ölkədən

 

ASAN, istifadəçi üçün rahat və sadə onlayn platforma

 

GÜVƏNLİ, PCI Xidmət Provayderi tərəfindən təsdiq edilmiş təhlükəsizlik ödəniş standartlarına cavab verilir


Onlayn mağazamıza daxil olun, elə bu gün sifariş verin! Əlavə komissiya olmadan şəffaf ödənişdən istifadə edin. B2B sövdələşmələri üçün bizimlə əlaqə saxlayın (bunun üçün onlayn qeydiyyat tələb olunur).


Bildirmək istərdik ki, Group Motors LTD sizin Azərbaycandakı idxal tərəfdaşınızdır. Qanadları altında çoxsaylı brendləri özündə çəmləşdirmiş Group Motors Azərbaycanda məhsullarımız üçün əsas mərkəz rolunu oynayır.

Dəqiqlik + Müştəriyə Qayğı = Etibar düsturumuz şirkətin müştəri yönümlü yanaşmasının əsas elementlərindən biridir.


Bu arada, Automenu MMC Azərbaycan və Gürcüstan bazarında CWORKS-un səlahiyyətli nümayəndəsidir. Biz CWORKS brendi, satışı, mağazalar şəbəkəsinin inkişafı və logistikası üçün məsuliyyət daşıyırıq. Məqsədimiz premium ehtiyat hissələri, sürtkü yağları və boya qoruma spreyləri sahəsində bazarda #1 şirkət olmaqdır.

Avtomobil biznesində təcrübəmiz 20 ildən çoxdur. Biz düzgün vaxt, düzgün məhsullar, düzgün xidmət və müvafiq prosesi rəhbər tutan və bizə etibar edən müştərilərə keyfiyyətli avtomobil sahibi təcrübəsini təqdim edirik.


Biz sizinlə daha çox məlumat paylaşmağa və məhsullarımızın çevik təchizatını təmin etməyə hazırıq. Odur ki, elə indi bizimlə əlaqə saxlayın.

CWORKS Eksperti vasitəsi ilə sizə lazım olan məlumatları əldə edin:

Elgün Jabrayılov

Mobil telefon, WhatsApp nömrəsi: +994 55 64 90 404

Elgun.Jabrailov@toyota-absheron.az


Davamlı dəstəyiniz üçün təşəkkür edirik!


Hörmətlə,

CWORKS Komandası


CWORKS brendinin Azərbaycandakı rəsmi tərəfda...
Xəbərlərin siyahısı
Internal training - Digital presence of Autom...
Nazaj na vrh